Xarici mənbələrdən Azərbaycanda əsas kapitala yatırılan sərmayə azalır

Xarici mənbələrdən Azərbaycanda əsas kapitala yatırılan sərmayə azalır
# 19 sentyabr 2008 11:37 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-avqust aylarında Azərbaycanda xarici mənbələrdən əsas kapitala 1 572,2 mln. manat vəsait yönəldilib.
Dövlət Statistika Komitəsindən «APA-economics»ə verilən məlumata görə, hesabat dövründə xarici mənbələrdən əsas kapitala yönəldilən vəsaitlər əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,3% azalıb.
Xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən 2008-ci ilin yanvar-avqust aylarında əsas kapitala yönəldilmiş investisiyanın 1 478,4 mln. manatı və ya 94%-i Türkiyə, Böyük Britaniya, ABŞ, Yaponiya, Norveç, Cənubi Koreya və Almaniya investorlarına məxsusdur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR