ABB-nin Müşahidə Şurasının tərkibi yenidən formalaşdırılıb

ABB-nin inzibati binası

© APA | ABB-nin inzibati binası

# 26 oktyabr 2021 11:00 (UTC +04:00)

ABB ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçirilib.

"APA-Economics"in məlumatına görə, yığıncaqda ABB-nin Müşahidə Şurasının tərkibi yenidən formalaşdırılıb. Şahmar Mövsümov, Emin Hüseynov, Xalid Əhədov, Mətin Eynullayev, Fəxri İsmayılov ABB-nin Müşahidə Şurasının üzvləri seçilib.

ABB səhmdarlarının ümumi yığıncağında Şahmar Mövsümov yenidən Bankın Müşahidə Şurasının sədri təyin edilib.

Yığıncaqda ABB-nin İdarə Heyəti sədrinin təyinatı məsələsinə də baxılıb. Abbas İbrahimov yenidən Bankın İdarə Heyətinin sədri təyin olunub.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR