AMB: Stimullar nəticəsində korporativ qiymətli kağızlar bazarı artır

AMB: Stimullar nəticəsində korporativ qiymətli kağızlar bazarı artır
# 23 noyabr 2021 11:04 (UTC +04:00)

Bu il korporativ qiymətli kağızların ilkin bazarı 10% artaraq 1 mlrd. manata çatıb ki, bu da bazarın stimullara reaksiyasının nəticəsidir.

"APA-Economics"in məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) prudensial siyasət və metodologiya şöbəsinin rəhbəri Arif Cəlilov deyib.

"Mərkəzi Bank kapital bazarlarının inkişaf siyasətində öz strateji planına uyğun addımlar atmağa davam edir", - deyə AMB-nin rəsmisi bildirib.

A. Cəlilov Bakı Fond Birjasının listinqlərində xeyli yumşalmaların, tələb olan sənədlərin dairəsini kifayət qədər azaldığını və 2020-ci ildə investisiya xidmətlərinin həyata keçirilməsi üzrə yeni tələbləri müəyyən olmasını qeyd edərək, bu tədbirlərin bazara stimul olacağını bildirib.

Onun sözlərinə görə, maliyyələşmədə kapital bazarının seçilməsi şəffaflığın göstəricisidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR