Az ağır xəsarət alan Azərbaycan diplomatlarına sığorta məbləğindən 15 % sığorta ödənişi veriləcək

Xarici İşlər Nazirliyi

© APA | Xarici İşlər Nazirliyi

# 28 oktyabr 2021 12:36 (UTC +04:00)

Barəsində sığorta fəaliyyəti həyata keçirilən Azərbaycanın diplomatik nümayəndəliklərinin əməkdaşlarının fərdi qıza nəticəsində həlak olması və ya sağlamlığına zərər dəyməsi (əlilliyin müəyyən edilməsi və (və ya) xəsarət alması) sığorta hadisəsi hesab ediləcək.
APA-nın məlumatına görə, bu, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılacaq “Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin icbari sığortası haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən, sığortaolunan sığorta hadisəsi nəticəsində az ağır xəsarət alarsa, ona sığorta məbləğindən 15 % sığorta ödənişi veriləcək.
Ağır, az azğır və yüngül xəsarət növləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş siyahıya uyğun müəyyən ediləcək.
Bu qanun Milli Məclisdə qəbul ediləcəyi təqdirdə 2022-ci il 1 yanvar tarixindən qüvvəyə minəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR