Azərbaycan Afrikaya ixracı iki dəfədən çox artırıb - CƏDVƏL

Azərbaycan Afrikaya ixracı iki dəfədən çox artırıb - CƏDVƏL
# 01 oktyabr 2021 12:44 (UTC +04:00)

Bu ilin yanvar-avqust aylarında Azərbaycanın Afrika qitəsi ölkələri ilə apardığı ticarət dövriyyəsinin həcmi 428,001 mln. ABŞ dolları təşkil edib. Hesabat dövründə Azərbaycan Afrikanın 54 ölkəsindən cəmi 42 ölkəsi ilə ticarət əməliyyatları aparıb.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi hesabatı əsasında apardığı hesablamalarına görə, bu göstərici 2020-ci ilin eyni dövrü ilə müqayisədə 2,1 dəfə artıb.

Hesabat dövründə Azərbaycanın Afrika qitəsinə ixracı 406,749 mln. dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfə çoxdur. Azərbaycanın sözügedən qitədən idxalı isə 21,253 mln. dollar təşkil edib. Bu, illik müqayisədə 1,9% çoxdur.

Beləliklə, hesabat dövründə Azərbaycanın Afrika ölkələri ilə apardığı ticarət əməliyyatları nəticəsində 385,496 mln. dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 2,4 dəfə çoxdur.

Azərbaycanın Afrikadakı əsas ticarət tərəfdaşları:

Ölkə

İxrac, mln. $

İdxal, mln. $

Dövriyyə, mln. $

Saldo, mln. $

Tunis

345,670

1,794

347,464

343,876

Misir

32,308

7,604

39,912

24,704

Liviya

27,713

0

27,713

27,713

CAR*

0,00079

4,853

4,854

-4,852

Mərakeş

0,012

3,152

3,164

-3,140

*Cənubi Afrika Respublikası

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR