Azərbaycan bu il 3,5 mlrd. manatdan çox xarici investisiya cəlb edib

Azərbaycan bu il 3,5 mlrd. manatdan çox xarici investisiya cəlb edib
# 16 noyabr 2021 11:22 (UTC +04:00)

2021-ci ilin yanvar-oktyabr aylarında ölkənin əsas kapitalında ümumilikdə 10,569 mlrd. manat investisiya yatırılıb ki, bu da illik müqayisədə 11,5% azalıb.

"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, investisiyalarının 33,6%-i və ya 3,551 mlrd. manatı xarici sərmayələrin payına düşüb.

Qeyd edilir ki, xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 3,289 mlrd. manatı (92,7%-i) Böyük Britaniya, ABŞ, Türkiyə, Yaponiya, İsveçrə, Norveç, Virgin adaları, Malayziya, Fransa, Rusiya və İran sərmayədarlarına məxsus olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR