Azərbaycan əhalisi avqustda əczaçılıq məhsullarına 75 mln. manat xərcləyib

Azərbaycan əhalisi avqustda əczaçılıq məhsullarına 75 mln. manat xərcləyib
# 10 sentyabr 2021 12:49 (UTC +04:00)

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda istehlakçılar tərəfindən pərakəndə ticarət şəbəkəsində əczaçılıq məhsulları və tibbi ləvazimatlara 580,5 mln. manat xərclənib.

"APA-Economics"in Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalarına görə, bu rəqəm əvvəlki ilin analoji dövrü ilə müqayisədə 31,4% artıb.

Cari ilin təkcə avqust ayında sözügedən göstərici 75,1 mln. manat təşkil edib ki, bu da iyul ayı ilə müqayisədə 5% çoxdur.

Qeyd edək ki, hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 2,2%-i əczaçılıq məhsulları və tibbi ləvazimatların alınmasına sərf olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR