Azərbaycan əhalisinin nominal gəlirləri 2,4% artıb

Azərbaycan əhalisinin nominal gəlirləri 2,4% artıb
# 15 noyabr 2021 18:24 (UTC +04:00)

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 47 259,8 mln. manat və ya hər nəfərə orta hesabla 4 718,8 manat təşkil edib.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, ötən ilin analoji dövrü ilə müqayisədə əhalinin nominal gəlirləri 2,4%, adambaşına düşən gəlirlər isə 2% artıb.

Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 42 394,6 mln. manatlıq vəsait qalıb ki, bu da illik ifadədə 1,7% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR