Azərbaycanda büdcədən maliyyələşən qurumların sayı artırılıb

Nazirlər Kabineti

© APA | Nazirlər Kabineti

# 30 avqust 2021 17:58 (UTC +04:00)

Azərbaycanda büdcədən maliyyələşən qurumların sayı artırılıb.

APA-nın məlumatına görə, bu, Baş nazir Əli Əsədovun imzaladığı qərarla "Azərbaycan Respublikasının büdcə xərclərinin inzibati təsnifatı”na edilən dəyişiklikdə əksini tapıb.

Qərara əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın Katibliyi və Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupu da büdcədən maliyyələşən qurumlar siyahısına daxil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR