Azərbaycanda dollar depozitlərinin azalması davam edir

Azərbaycanda dollar depozitlərinin azalması davam edir
# 23 iyul 2021 14:14 (UTC +04:00)

Bu ilin iyulun 1-nə Azərbaycandakı kredit təşkilatlarında yerləşdirilmiş depozitlərin həcmi 24,157 mlrd. manat təşkil edib ki, bu da illik müqayisədə 7,1% çoxdur.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatları əsasında apardığı hesablamalarına görə, aylıq müqayisədə bu göstərici 3,3% azalıb, ilin əvvəlindən isə 2,1% artıb.

Qeyd edək ki, yerləşdirilmiş depozitlərin 51,7%-i xarici valyutada olub (aylıq 0,8 faiz bəndi azalma) və dollarlaşma son 6 ilin minimumunda qalmağa davam edir. Cəmi depozitlərin bundan aşağı dollarlaşması sonuncu dəfə 2015-ci ilin yanvarında olub (51,6%).

Xatırladaq ki, iyunun 1-nə Azərbaycandakı depozitlərin həcmi tarixi maksimuma çataraq 24,991 mlrd. manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR