Azərbaycanda nağdsız ödənişlərin həcmi 3 mlrd. manata yaxınlaşıb

Azərbaycanda nağdsız ödənişlərin həcmi 3 mlrd. manata yaxınlaşıb
# 27 may 2021 15:38 (UTC +04:00)

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda debet və kredit kartları vasitəsilə 2,734 mlrd. manat həcmində nağdsız ödənişlər həyata keçirilib.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatları əsasında apardığı hesablamalarına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 53,3% çoxdur.

Sözügedən nağdsız ödənişlərin 158 mln. manatı ATM-lər vasitəsilə, 1,124 mlrd. manatı POS-terminallar vasitəsilə, 1,452 mlrd. manatı isə elektron ticarət vasitəsilə həyata keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR