Azərbaycandakı bankın ləğv prosesi 20 ildən sonra tamamlana bilər

Aqşin Cahangirov

© APA | Aqşin Cahangirov

# 29 oktyabr 2021 10:55 (UTC +04:00)

Bu ilin sonunadək 2001-ci ildən ləğv prosesində olan "Borçalı Bank"ın ləğv prosesinin tamamlanması gözlənilir.

Bunu "APA-Economics"ə Əmanətlərin Sığortalanması Fondunun (ADIF) icraçı direktorunun müşaviri Aqşin Cahangirov deyib.

Onun sözlərinə görə, gələn il isə daha iki bankın (adları açıqlanmır – red.) ləğv prosesinin tamamlanması nəzərdə tutulur.

"Hazırda Azərbaycanda 21 bank ləğv edilməkdədir. Onlardan ən birinci ləğv olunan bank 2001-ci ildə ləğv olunsa da, hələ də proses bitməyib. Biz istəyirik ki, bu il həmin o bankın ləğv edilməsini tamamlayaq. Növbəti ildə əlavə iki bankın ləğv edilməsini başa çatdırılmasını planlaşdırırıq", - deyə A. Cahangirov qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR