Azərbaycanın Aİ ölkələri ilə müsbət ticarət saldosu kəskin artıb

Azərbaycanın Aİ ölkələri ilə müsbət ticarət saldosu kəskin artıb
# 30 noyabr 2021 16:31 (UTC +04:00)

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın Avropa İttifaqı ölkələri ilə apardığı ticarət dövriyyəsinin həcmi 11,478 mlrd. ABŞ dolları təşkil edib ki, bu da 2020-ci ilin analoji dövrü ilə müqayisədə 40,2% çoxdur.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, hesabat dövründə ixracın həcmi 9,709 mlrd. dollar, idxalın həcmi isə 1,770 mlrd. dollar təşkil edib. Beləliklə, illik müqayisədə ixrac 58% artıb, idxal isə 13,4% azalıb.

Nəticədə, cari ilin ilk on ayında 7,939 mlrd. dollarlıq müsbət ticarət saldo yaranıb ki, bu göstərici 2020-ci ilin analoji dövrü ilə müqayisədə 93,5% (1,9 dəfə) artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR