Azərbaycanın bank sektorunun xalis mənfəəti 13% azalıb

Azərbaycanın bank sektorunun xalis mənfəəti 13% azalıb
# 24 iyun 2021 15:12 (UTC +04:00)

Bu ilin yanvar-may aylarında Azərbaycandakı banklar 273,2 mln. manat xalis mənfəət əldə ediblər.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi məlumata görə, bu göstərici ötən ilin eyni ayları ilə müqayisədə 13,1% azalıb.

Bank sektorunun əməliyyat mənfəəti isə 411,2 mln. manat mln. manat təşkil edib ki, bu da illik müqayisədə 14,2% çoxdur.

Qeyd edək ki, ölkədəki bankların xalis faiz gəliri 601,6 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 4,9% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR