Azərbaycanın maye qaz ixracından gəlirləri üç dəfədən çox artıb

Azərbaycanın maye qaz ixracından gəlirləri üç dəfədən çox artıb
# 18 avqust 2021 16:58 (UTC +04:00)

Bu ilin birinci yarısında Azərbaycan 36 334,1 ton maye qaz ixrac edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə çoxdur.

"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, yanvar-iyun aylarında ixrac edilən maye qazın dəyəri 8 887,1 min ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 3,3 dəfə artım deməkdir.

Xatırladaq ki, ötən il ərzində Azərbaycan 40 253,7 ton maye qaz ixrac edib, bu da 2019-cu ilin göstəricisi ilə müqayisədə 23,9% azdır. 2020-ci ildə ixrac edilən maye qazın dəyəri 5 029,8 min dollar olub, illik ifadədə bu göstərici 58,5% azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR