Azərbaycanın mənzil bazarında son bir ildə qiymətlər 2,4% artıb

Azərbaycanın mənzil bazarında son bir ildə qiymətlər 2,4% artıb
# 16 iyul 2021 13:45 (UTC +04:00)

Bu ilin II rübündə Azərbaycanın mənzil bazarında qiymət indeksi əvvəlki rüblə müqayisədə 100,9%, o cümlədən ilkin mənzil bazarı üzrə 101,6%, təkrar mənzil bazarı üzrə isə 100,9% təşkil edib.

Bu barədə "APA-Economics" Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.

Qeyd olunub ki, ötən ilin analoji rübü ilə müqayisədə mənzil bazarında qiymət indeksi 102,8%, o cümlədən ilkin mənzil bazarı üzrə 102,7%, təkrar mənzil bazarı üzrə isə 102,8% təşkil edib.

Bu ilin yanvar-iyun aylarında Azərbaycanın mənzil bazarında ötən ilin analoji dövrü ilə müqayisədə 2,4%-lik bahalaşma qeydə alınıb, o cümlədən ilkin mənzil bazarında qiymətlər 2%, təkrar mənzil bazarı üzrə isə 2,4% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR