BVF: SDR-in 650 mlrd. dollar artırılması ölkələrin böhrandan çıxmasına kömək edəcək

Kristalina Georgiyeva

© APA | Kristalina Georgiyeva

# 09 iyul 2021 09:50 (UTC +04:00)

Beynəlxalq Valyuta Fondunun (BVF) ehtiyatlarının (SDR – BVF-nin hesab vahidi, xüsusi borcalma hüquqları) 650 mlrd. ABŞ dolları artırılması ölkələrin likvidliyini və ehtiyatlarını artıracaq, COVID-19 pandemiyasının yaratdığı böhrandan çıxmalarına kömək edəcək.

"APA-Economics"in məlumatına görə, bu barədə BVF-nin idarəedici direktoru Kristalina Georgiyeva tərəfindən cümə günü Fondun İcra Heyətinin SDR-lərin buraxılması təklifini dəstəkləmə qərarı ilə əlaqədar yaydığı açıqlamada deyilir.

Vəsaitlərin ayrılması təşəbbüsü nəzərdən keçirilməsi və təsdiqlənməsi üçün BVF-nin İdarə Heyətinə təqdim ediləcək. Plan təsdiqlənsə, avqust ayının sonunda qüvvəyə minəcək.

"Bu, bütün dünya üçün bir təşviq rolunu oynayacaq. SDR-lərin paylanması bütün üzv dövlətlərimizin likvidliyini və ehtiyatlarını artıracaq, inamı gücləndirəcək və dünya iqtisadiyyatının dayanıqlığını və sabitliyini gücləndirməyə kömək edəcək", - K. Georgiyeva bildirib.

Onun sözlərinə görə, 2009-cu ildə ehtiyatların genişləndirilməsi qlobal maliyyə böhranından qurtulmağa əhəmiyyətli bir töhfə verdi: "Əminəm ki, yeni paylamanın indi də eyni faydalı təsiri olacaq, BVF-nin hər bir üzvünə, xüsusən həssas ölkələrə kömək edəcək və COVID-19-un səbəb olduğu böhrana cavab tədbirlərini gücləndirəcək".

K. Georgieva BVF-nin önümüzdəki aylarda SDR-lərin daha zəngin ölkələrdən kasıb və daha həssas ölkələrə könüllü köçürülməsi istiqamətində dövlətlərlə aktiv qarşılıqlı əlaqələrini davam etdirəcəyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR