Dövlət Gömrük Komitəsində Risklərin İdarəolunması Şurası yaradılacaq.
APA-nın məlumatına görə, bu, Dövlət Gömrük Komitəsinin təsdiqlədiyi "Ümumi risklərin idaraedilməsi Qaydaları"nda əksini tapıb.
Qaydalara əsasən, risk Azərbaycan Respublikasının gömrük qanunvericiliyinin tələblərinin yerinə yetirilməməsi ehtimalıdır.
Tərkibi Komitə sədri tərəfindən təsdiq olunan Risklərin İdarəolunması Şurası Komitənin risklərin idarəolunması üzrə siyasətini müəyyən edəcək, strateji baxış və hədəfləri müəyyənləşdirməklə Komitənin fəaliyyətinin maraqlı tərəflərin gözləntilərinə və tələblərinə cavab verən şəkildə qurulması məqsədilə ümumi müşahidəni həyata keçirəcək.
Riskin təhlilinin nəticələri risk reyestrinə daxil ediləcək. Risk reyestri risk meneceri tərəfindən risk sahibləri ilə məsləhətləşmələr aparılmaqla hazırlanacaq. Risk meneceri gömrük orqanlarının vahid sistemində risklərin idarə edilməsinə, bu sahədə inzibatçılığın, kommunikasiyanın təşkil olunmasına və bu Qaydalarda nəzərdə tutulan vəzifələrin icra edilməsinə Komitənin cavabdeh struktur bölməsi və ya vəzifəli şəxsidir.
Risklərin identifikasiyası nəticəsində riskləri sənədləşdirən və bütün risk spektrinin nəzərdən keçirilməsini təmin edən prioritet nəzarət sahələri (risk reyestri) formalaşdırılaraq hər ilin ilk ayında Şuraya təqdim olunacaq.
Risklərin təhlili ildə bir dəfə həyata keçirilməklə təhlilin nəticələri risk meneceri tərəfindən risk reyestrində Şuraya təqdim olunacaq.
Dövlət Gömrük Komitəsində Risklərin İdarəolunması Şurası yaradılacaq
© APA | Dövlət Gömrük Komitəsi
07 oktyabr 2021 18:38 (UTC +04:00)
Maliyyə
XRİTDX: Bank və şirkətlərin istifadə etdiyi pulsuz Sandbox sistemləri xüsusi risk daşıyır
11:09
4 may 2024
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
09:23
4 may 2024
Mərkəzi Bank Naxçıvan İdarəsi üzrə proseslərin mərkəzləşdirilməsinə başlayıb - EKSKLÜZİV
16:27
3 may 2024
Ötən il Azərbaycanda Gürcüstan bankının törəməsinin xalis mənfəəti 18% azalıb - Hesabat
14:36
3 may 2024