"Emirates" ötən ili 5,5 mlrd. dollar zərərlə başa vurub

"Emirates" ötən ili 5,5 mlrd. dollar zərərlə başa vurub
# 15 iyun 2021 12:41 (UTC +04:00)

Yaxın Şərqin ən böyük aviaşirkəti olan Birləşmiş Ərəb Əmirliklərinin "Emirates" keçən il koronavirus pandemiyası çərçivəsində tətbiq edilən məhdudiyyətlərə səbəbindən 5,5 mlrd. ABŞ dolları məbləğində zərərlə üzləşib. Bu, şirkətin son 30 ildən artıq bir müddət ərzində uğradığı ilk zərərdir.

"APA-Economics" xəbər verir ki, bu barədə aviaşirkətin "Twitter" səhifəsində deyilir.

Qeyd olunub ki, son bir ildə koronavirusun səbəb olduğu qlobal səyahət məhdudiyyətlərinə görə aviaşirkətin gəlirləri 66%-dən çox azaldığına görə xalis zərər 5,5 mlrd. dollar təşkil edib. Şirkətin gəliri 8,4 mlrd. dollar, sərnişin laynerləri və yük təyyarələrinin dolum səviyyəsi isə 58% azalıb.

Xatırladaq ki, 2020-ci ilin martında pandemiya səbəbindən BƏƏ-də hava limanlarının bağlanması və eyni zamanda dünyanın ən işlək beynəlxalq nəqliyyat mərkəzlərindən biri olan – Dubay aeroportundan tranzit uçuşların dayandırılmasından sonra "Emirates" bütün sərnişin uçuşlarını bir neçə həftəlik dayandırmaq məcburiyyətində qaldı.

Şirkət 2019-cu ili 288 mln. dollarlıq mənfəətlə başa vurmuşdu.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR