Ərdoğan Azərbaycanla Türkiyə arasında rəqəmsal ticarətə dair imzalanan sənədi təsdiqləyib

Rəcəb Tayyib Ərdoğan

© APA | Rəcəb Tayyib Ərdoğan

# 25 avqust 2021 10:28 (UTC +04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan və Türkiyə arasında imzalanmış rəqəmsal ticarət haqqında Anlaşma Memorandumunu təsdiqləyib.

APA-nın xəbərinə görə, bu barədə Türkiyənin “Resmi Gazete”sində məlumat verilib.

Qeyd edək ki, Azərbaycanla Türkiyə arasında rəqəmsal ticarət haqqında Anlaşma Memorandumu aprelin 2-də Bakıda imzalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR