"Fitch" Azərbaycanın cari əməliyyatlar hesabında müsbət dinamika gözləyir

"Fitch" Azərbaycanın cari əməliyyatlar hesabında müsbət dinamika gözləyir
# 16 may 2021 12:21 (UTC +04:00)

"Fitch Ratings" beynəlxalq reytinq agentliyi bu il Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisitə qayıdaraq ÜDM-nin 5,9%-ni təşkil edəcəyini gözləyir.

"APA-Economics"in agentliyə istinadən verdiyi məlumata görə, 2022-ci ildə profisitin bir qədər daralaraq ÜDM-nin 4,7%-nə qədər enəcəyi proqnozlaşdırılır. Qeyd edilir ki, sözügedən müsbət dinamikanın əsas drayveri artan neft qiymətləri olacaq.

Xatırladaq ki, Beynəlxalq Valyuta Fondunun yenilənmiş proqnozuna əsasən, bu il ölkənin cari əməliyyatlar hesabının profisiti ÜDM-in 1,1%-ni, 2022-ci ildə isə ÜDM-in 0,5%-ni təşkil edəcəyini güman edir. Dünya Bankının yeni proqnozuna görə isə, cari ildə ölkənin cari əməliyyatlar hesabının profisiti ÜDM-in 2,8%-ni, 2022-ci ildə isə ÜDM-in 3,9%-ni təşkil edəcək. Xatırladaq ki, Azərbaycanın 2020-ci il üzrə cari əməliyyatlar hesabının kəsiri 227,6 mln. ABŞ dolları və ya ÜDM-in 0,5%-ni təşkil edib. Halbuki 2019-cu ildə 4,4 mlrd. dollar profisit qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR