Hesablama Palatası minimum pensiya məbləğinin mütəmadi artırılmasını tövsiyə edib

Hesablama Palatası minimum pensiya məbləğinin mütəmadi artırılmasını tövsiyə edib
# 06 noyabr 2021 14:45 (UTC +04:00)

Hesablama Palatası pensiyaların minimum pensiya məbləğinin də daxil olduğu sığorta hissəsinin daha böyük paya malik olması fonunda minimum pensiya məbləğinin mütəmadi artırılmasını tövsiyə edib.

APA-nın məlumatına görə, bu, Hesablama Palatasının “Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsi layihəsinə rəy”ində əksini tapıb.

Rəydə qeyd edilib ki, həmçinin sığorta hissinə indeksləşmənin tətbiqi pensiya kapitalı ilə müqayisədə pensiyaların sığorta hissəsinin daha sürətli artıma malik olduğunu qeyd etmək imkanı verir.

Rəydə bildirilib ki, 2022-ci il üzrə “Büdcə zərfi” ilə birgə Hesablama Palatasına təqdim edilmiş məlumatlarda cari il üzrə orta aylıq əməkhaqqının 2020-ci il üzrə müəyyən edilmiş göstəricini 35,1 manat və ya 5%, 2022-ci il üzrə proqnozlaşdırılan göstəricinin isə cari ilin müvafiq göstəricisini 64,8 manat və ya 8,7% üstələyəcəyi qeyd edilib. Cari il üzrə orta aylıq əməkhaqqının artım tempinin əvvəlki ilə münasibətdə təqribən 5% olaraq gözlənilməsi növbəti ildə pensiyaların sığorta hissəsinin orta hesabla bu göstərici qədər artırılacağını deməyə əsas verir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR