İngiltərə Bankı baza faiz dərəcəsini 0,1% səviyyəsində saxlayıb

İngiltərə Bankı

© APA | İngiltərə Bankı

# 05 avqust 2021 17:31 (UTC +04:00)

İngiltərə Bankı baza faiz dərəcəsini illik 0,1% səviyyəsində saxlayıb.

"APA-Economics"in "Bloomberg"ə istinadən verdiyi məlumata görə, aktivlərin alınması üçün vəsait limiti isə 895 mlrd. funt sterlinq səviyyəsində saxlanılıb.

Bundan əlavə, bank komitəsi mərkəzi bankın emissiyası ilə maliyyələşdirilən aktiv alışının həcmini 20 mlrd. funt sterlinq səviyyəsində saxlamağı və Böyük Britaniyanın 875 mlrd. funt sterlinq həcmində olan dövlət istiqrazlarının alışı proqramını davam etdirərək ümumi aktiv alışın hədəfini 895 mlrd. funt sterlinqə çatdırmağı dəstəkləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR