"InvestAZ"dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz®

"InvestAZ"dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz®
# 23 avqust 2021 10:08 (UTC +04:00)

InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı "APA-Economics"ə məlumat verib.

EUR.

Amerika iqtisadiyyatı fonunda risklərin artması, EURUSD məzənnəsinin də bahalaşmasına səbəb olur. Beləliklə, avro 1.17$-ın üzərində qaldıqca, tələbin artacağı və 1.18$-a kimi bahalaşacağı proqnozlaşdırılır.

Bununla yanaşı, bazar ertəsi Bakı vaxtı ilə saat 12:00-da Avrozonadan sənaye və xidmət sektorlarına dair dərc ediləcək önəmli fundamental göstəricilər də investorların diqqət mərkəzindədir.

GBP.

GBPUSD məzənnəsində də başlayan bahalaşma, 1.38$-a kimi davam edə bilər. İngiltərədən də bu gün Bakı vaxtı ilə saat 12:30-da sənaye və xidmət sektorları ilə bağlı biznes aktivliyi indeksləri dərc ediləcək.

TRY.

USDTRY məzənnəsi də qlobal bazarların təsiri altında dalğalanmaqdadır. Son həftə ərzində 8.56TL-yə yüksələn dolların yenidən 8.38 lirəyə düşəcəyi ehtimal edilir.

OIL.

Dolların düşməsi xammal bazarlarında əmtəə qiymətlərin də yüksəlməsinə səbəb ola bilər. Təhlillərə əsasən, Brent neftinin bir bareli yenidən 72$-a kimi dəyər qazana bilər.

Çərşənbə günü saat 18:30-da dərc ediləcək. ABŞ-ın neft ehtiyatları ilə bağlı göstəriciləri bu həftə də treyderlər tərəfindən böyük maraqla gözlənilir.

GOLD.

Qızılın da dəstək gördüyü müşahidə edilir və 1787$-ın (57.5 $/qram) qırılması ilə trendin 1828$-a (58.8 $/qram) kimi davam edə bilər.

İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR