Maliyyə naziri: “Azərbaycanda elektrik mühərrikli avtobuslara keçid məntiqli olar”

Maliyyə naziri: “Azərbaycanda elektrik mühərrikli avtobuslara keçid məntiqli olar”
# 11 noyabr 2021 16:35 (UTC +04:00)

“Elektrik mühərriki ilə çalışan avtobuslara keçid məntiqli yanaşma olar”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər, Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov bildirib.

Nazir bildirib ki, Azərbaycanda da bu, tətbiq edilə bilər: “Ancaq bu gün bu sahədə çalışan xeyli işçi var. Bu məsələyə də biz həssaslıqla yanaşmalıyıq. İkincisi, elektrik mühərrikli avtobuslara keçid o qədər də asan məsələ deyil. Avropada bu gün bununla bağlı çox çıxış olsa da, hələ tam tətbiq edənlərin sayı azdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR