Maliyyə naziri: “İTSDA-nın büdcəsinin icmal büdcəyə daxil edilməsi müzakirə edilə bilər” 

Maliyyə naziri: “İTSDA-nın büdcəsinin icmal büdcəyə daxil edilməsi müzakirə edilə bilər” 
# 23 noyabr 2021 16:23 (UTC +04:00)

“İcbari Tibbi Sığorta Fondunun icmal büdcəyə daxil edilməsi məsələsinə toxunuldu. Dövlət büdcəsindən kənar fondların büdcəsi icmal büdcəyə daxil edilir”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” (ikinci oxunuş) qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.
Nazir bildirib ki, İcbari Tibbi Sığorta Fondunun hələ ki, belə fond olması təsis sənədlərində əksini tapmayıb: “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin büdcəsinin icmal büdcəyə daxil edilməsi məsələsi isə müzakirə edilə bilər. Birinci ildir ki, biz bütün ölkə üzrə icbari tibbi sığortanın tətbiqinə nail olmuşuq. Növbəti ildə bu sistemin oturuşmasından sonra müvafiq qərar qəbul edilə bilər. Bu məsələ ilə bağlı tələskənlik olmadan, araşdıraraq müvafiq qərar qəbul etməliyik. İTSDA-nın xərcləri barədə hər hansı gizli məlumat yoxdur. Bu məlumatlar həm Agentlik, həm də Fond tərəfindən təqdim oluna bilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR