Naxçıvanda yanvar-sentyabrda orta aylıq əməkhaqqı 545 manatdan çox olub

Naxçıvanda yanvar-sentyabrda orta aylıq əməkhaqqı 545 manatdan çox olub
# 26 noyabr 2021 13:47 (UTC +04:00)

Bu ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatında bir işçiyə hesablanan orta aylıq əməkhaqqı 545,3 manat təşkil edib.

Naxçıvan Dövlət Statistika Komitəsindən "APA-Econonics"ə verilən məlumata görə, bu göstərici 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,3% çoxdur.

Xatırladaq ki, bu ilin yanvar-avqust aylarında Muxtar Respublikada orta aylıq əməkhaqqı üzrə göstərici 544,2 manata bərabər olub.

Muxtar respublika üzrə orta aylıq nominal əməkhaqqının səviyyəsi ölkənin digər iqtisadi rayonları ilə müqayisədə daha yüksək olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR