Nazir: Azərbaycanda sosial və işsizlikdən sığorta haqları üzrə büdcə daxilolmaları artıb

Mikayıl Cabbarov

© APA | Mikayıl Cabbarov

# 27 may 2021 11:09 (UTC +04:00)

Azərbaycanda icbari dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə daxilolmalarda müsbət dinamika davam edir.

"APA-Economics" xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" hesabında yazıb.

Nazir əlavə edib ki, bu ilin dörd ayında qeyd olunan sığorta haqları üzrə daxilolmaların icrası proqnozlara nisbətən müvafiq olaraq 112,6% və 111,4% təşkil edib.

"Büdcəyə hər iki sığorta haqları üzrə toplam 140,4 mln. manatdan artıq vəsait daxil olub", - nazir qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR