Nazir müavini: "Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin artırılması üçün geniş imkanlar var"

Dmitri Volvaç

© APA | Dmitri Volvaç

# 23 iyul 2021 11:07 (UTC +04:00)

Bu ilin ilk beş ayında Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin həcmi 4%-ə yaxın artıraraq 1,1 mlrd. ABŞ dollarını ötüb.

"APA-Economics"in məlumatına görə, bu barədə Rusiya şirkətlərinin Azərbaycana işgüzar missiyası çərçivəsində Bakıda keçirilən tədbirdə çıxış edən Rusiyanın iqtisadi inkişaf nazirinin müavini Dmitri Volvaç bildirib.

Onun sözlərinə görə, Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi artır və bu, müsbət bir trenddir, göstəricilərin bir qədər də artırılması üçün geniş imkanlar var.

D. Volvaç onu da əlavə edib ki, bu il ticarət dövriyyəsi üzrə müsbət göstəriciyə çıxmaq haqqında danışmaq üçün əsaslar var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR