Növbəti dörd ildə dövlət büdcəsinə vergi daxilolmaları 40 mlrd. manata yaxın olacaq - PROQNOZ

Növbəti dörd ildə dövlət büdcəsinə vergi daxilolmaları 40 mlrd. manata yaxın olacaq - PROQNOZ
# 09 sentyabr 2021 10:53 (UTC +04:00)

2022-2025-ci illərdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 39,558 mlrd. manat vəsait daxil olacağı proqnozlaşdırılır.

"APA-Economics"in Maliyyə Nazirliyinin 2022-2025-ci illər üçün makrofiskal çərçivə və 2022-ci il üçün icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasına istinadən verdiyi məlumata görə, 2022-ci ildə Vergi Xidmətinin xətti ilə büdcəyə 9,138 mlrd. manat, 2023-cü ildə 9 611 mlrd. manat, 2024-cü ildə 10,127 mlrd. manat, 2025-ci ildə isə 10,681 manat daxil olması proqnozlaşdırılır.

Xatırladaq ki, 2020-ci ildə Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 7 387 mlrd. manat, 2021-ci ilin ilk altı ayında isə 4,342 mlrd. mlrd. manat olmuşdu.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR