Ötən ilin dövlət büdcəsinin icrasına dair qanun layihəsinin müzakirəyə çıxarılacağı tarix məlum olub

Milli Məclis

© APA | Milli Məclis

# 20 may 2021 12:55 (UTC +04:00)

Mayın 24-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçiriləcək.

APA-nın məlumatına görə, iclasda “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikası qanununun layihəsinə birinci oxunuşda baxılacaq.

İclasda Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Hesablama Palatası və Dövlət Gömrük Komitəsinin nümayəndələri də iştirak edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR