“Qiymətləndirmə fəaliyyəti haqqında” qanun layihəsi üzərində iş gedir

“Qiymətləndirmə fəaliyyəti haqqında” qanun layihəsi üzərində iş gedir
# 20 may 2021 14:29 (UTC +04:00)

Hazırda “Qiymətləndirmə fəaliyyəti haqqında” qanun layihəsi üzərində iş gedir.

Bunu APA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib.

Parlamentin komitə sədri deyib ki, qanun layihəsi ilə bağlı İşçi qrupu təhlil aparır: “Çalışacağıq ki, qanun layihəsi üzərində işi başa çatdıraq və layihəni bu yaz sessiyasında müzakirəyə çıxaraq. Qanun layihəsi üzərində iş başa çatdırılmasa, layihə payız sessiyasında müzakirəyə çıxarılacaq”.

Qeyd edək ki, “Qiymətləndirmə fəaliyyəti haqqında” qanun layihəsi Milli Məclisinin 2021-ci il yaz sessiyasının qanunvericilik işləri planına daxil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR