Tarif Şurası 247 dərman vasitəsinin qiymətini təsdiq edib

Tarif Şurası 247 dərman vasitəsinin qiymətini təsdiq edib
# 30 iyun 2021 16:36 (UTC +04:00)

30 iyun 2021-ci il tarixində Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib.

Tarif Şurasından "APA-Economics"ə verilən məlumata görə, iclasda yeni dövlət qeydiyyatına alınan 247 dərman vasitəsinin qiyməti təsdiq edilib.

Qeyd edək ki, ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, qablaşdırma miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla indiyədək topdan və pərakəndə satış qiymətləri və qüvvəyə minmə tarixi təsdiq edilən 12 689 dərman vasitəsinin tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (http://tariff.gov.az/%22http://www.tariff.gov.az/%22) “Dərman vasitələri” bölməsində (http://tariff.gov.az//%22documents/DVA.pdf/%22) yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR