Türkiyə-Azərbaycan investisiya forumu keçirilib - FOTO

Türkiyə-Azərbaycan investisiya forumu keçirilib - FOTO
# 31 may 2021 14:52 (UTC +04:00)

Türkiyə ilə Azərbaycan arasında investisiya forumu keçirilib.

"APA-Economics" xəbər verir ki, bu barədə Türkiyənin ticarət naziri Mehmet Muş "Twitter" hesabında yazıb.

Nazir bildirib ki, görüşdə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovla iki ölkə arasındakı ticarət əlaqələri ilə bağlı məsələlər müzakirə olunub.

O həmçinin Xarici İqtisadi Əlaqələr Şurası başda olmaqla, bu təşkilatda əməyi keçən hər kəsə təşəkkürünü bildirib.

Xatırladaq ki, Türkiyə Azərbaycanın qeyri-neft sektoruna investisiya yatıran ölkələr sırasında birinci yerdədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR