Vergi orqanlarında xidmət edən və işləyən şəxslərin sığortası ilə bağlı məsələlər dəqiqləşdirilir

Vergi orqanlarında xidmət edən və işləyən şəxslərin sığortası ilə bağlı məsələlər dəqiqləşdirilir
# 17 noyabr 2021 16:35 (UTC +04:00)

Vergi orqanlarında xidmət edən və işləyən şəxslərin icbari şəxsi sığortası ilə bağlı məsələlər dəqiqləşdirilir.
APA-nın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, vergi orqanında xidmət edən vəzifəli şəxslərin həyat və sağlamlığının dövlət icbari şəxsi sığortası dövlət büdcəsinin vəsaiti hesabına “Məhkəmə və hüquq-mühafizə orqanlarının işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” qanuna uyğun olaraq həyata keçiriləcək.
Vergi orqanlarında işləyən digər şəxslər isə “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanun ilə müəyyən olunmuş qaydada icbari sığorta olunacaqlar.
Qeyd edək ki, hazırda qüvvədə olan Əsasnamədə qeyd edilir ki, vergi orqanında xidmət edən vəzifəli şəxslərinin dövlət tərəfindən icbari şəxsi sığortalanması Azərbaycan qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR