Zahid Oruc: “Pensiya siyasəti sadə və sabit olmalıdır”

Zahid Oruc, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri

© APA | Zahid Oruc, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri

# 16 noyabr 2021 16:52 (UTC +04:00)

“Azərbaycanda yaşa görə mövcud 716 min nəfər pensiyaçıdan 163 mini işləməkdə davam edir”.
APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisdə gələn il üçün büdcə zərfinin müzakirəsi zamanı parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib.
Z. Oruc deyib ki, pensiya amnistiyasının böyük müsbət təsirləri müqabilində yüz minlərlə adam hələ də sığorta stajını və sığorta kapitalını toplaya bilmir: “Bu, hər nazir dəyişdikcə yenilədiyimiz sabit olmayan pensiya qanunvericiliyi, mürəkkəb hesablama sisteminə malik təqaüd siyasətinin nəticəsidir. Pensiya siyasəti sadə və sabit olmalıdır. Ötən 3 ildə əlillik və pensiya təyinatı ilə bağlı 211 min nəfəri də biz o hüquqdan məhrum etmişik’.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR