ABŞ-ın ticarət balansının kəsiri iyulda 63,6 mlrd. dollara yüksəlib

#
# 17:21
3 sentyabr 2020

Bu ilin iyul ayında ABŞ-ın ticarət balansının kəsiri 10,1 mlrd. dollar və ya iyun ayının yenidən baxılmış göstəricisinə nisbətən 18,9% artaraq 63,6 mlrd. dollara yüksəlib.

"APA-Economics" xəbər verir ki, bu barədə ABŞ Ticarət Nazirliyinin İqtisadi Analiz Bürosunun məlumatında deyilir.

Analitiklər ticarət kəsirinin iyulda 58 mlrd. dollara çatacağını gözləyirdi. İyun ayə üzrə göstəriciyə yenidən baxılıb və rəqəm 50,7 mlrd. dollardan 53,5 mlrd. dollara dəyişdirilib. Bununla belə, iyulda ABŞ-ın ixracı iyun ayı ilə müqayisədə 8,1% və ya 12,6 mlrd. dollar artaraq 168,1 mlrd. dollara yüksəlib, idxal isə 10,9% və ya 22,7 mlrd. dollar artaraq 231,7 mlrd. dollar təşkil edib.

Hesabat ayında ABŞ-ın xarici ticarət dövriyyəsinin kəsiri iyuna nisbətdə 9,26 mlrd. dollar artaraq 80,91 mlrd. dollara çatıb, xidmətlər üzrə profisit isə 0,834 mlrd. dollar azalaraq 17,354 dollara enib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR