AMB uçot dərəcəsini sabit saxlayıb

AMB uçot dərəcəsini sabit saxlayıb
# 30 oktyabr 2020 11:41 (UTC +04:00)

Azərbaycan Mərkəzi Bankı (AMB) uçot dərəcəsini sabit saxlayıb.

"APA-Economics"in məlumatına görə, bu barədə faiz dəhlizinin parametrlərinə dair Mərkəzi Bankın onlayn mətbuat konfransında çıxış edən AMB-nin sədri Elman Rüstəmov deyib.

O bildirib ki, AMB-nin İdarə Heyəti uçot dərəcəsinin 6,5%-də dəyişməz saxlanması haqqında qərar qəbul edib. Faiz dəhlizinin aşağı həddi 6%, faiz dəhlizinin yuxarı həddi isə 7% səviyyəsində müəyyən edilib.

Sözügedən qərar bu gündən qüvvəyə minir. Faiz dəhlizinin parametrlərinə növbəti dəfə dekabrın 18-də baxılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR