ARDNF-in investisiya portfelinin əsas hissəsi bu il Asiya və Sakit Okean regionunun payına düşüb

ARDNF-in investisiya portfelinin əsas hissəsi bu il Asiya və Sakit Okean regionunun payına düşüb
# 27 oktyabr 2020 13:05 (UTC +04:00)

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 30 sentyabr tarixinə olan  investisiya portfelinin ölkələrin inkişaf səviyyəsinə görə bölgüsünü açıqlayıb.

Fonddan "APA Economics"ə verilən məlumata görə, inkişaf etmiş ölkələr üzrə bu göstərici 61,55%, inkişaf etməkdə olan ölkələr üzrə – 32,15%, beynəlxalq maliyyə təşkilatları üzrə isə 6,3% təşkil edib.

Fondun investisiya portfelinin coğrafi regionlar üzrə təsnifatına (Beynəlxalq Maliyyə Təşkilatları üzrə) dünyanın 6 regionu daxildir. Bunların sırasına Şimali Amerika (26,62%), Cənubi Amerika (0,04%), Avropa (29,37%), Yaxın Şərq (1,05%), Avstraliya / Yeni Zelandiya (1,09%) və Asiya / Sakit Okean (35,53%) daxildir.

Qeyd edək ki, oktyabrın 1-nə ARDNF-in investisiya portfeli 42 995,6 mln. ABŞ dolları (-1,1%) təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR