Azərbaycan əhalisi pandemiya dövründə əczaçılıq məhsullarına 874 mln. manat xərcləyib - QRAFİK

Azərbaycan əhalisi pandemiya dövründə əczaçılıq məhsullarına 874 mln. manat xərcləyib - QRAFİK
# 03 may 2021 17:35 (UTC +04:00)

COVID-19 pandemiyasının başladığı 2020-ci ilin mart ayından bu ilin aprelinədək (1 il) Azərbaycan əhalisi ölkənin pərakəndə ticarət şəbəkəsində əczaçılıq məhsulları və tibbi ləvazimatlara 873,7 mln. manat xərcləyib.

"APA-Economics"in Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalarına görə, təkcə cari ilin yanvar-mart aylarında istehlakçılar sözügedən məhsullara 216,1 mln. manat xərcləyib ki, bu da illik müqayisədə 49,3% çoxdur.

Qeyd edək ki, təkcə mart ayında satışların həcmi 77,7 mln. manat təşkil edib, bu da fevral ayı ilə müqayisədə 11,5% çoxdur. Sözügedən dövr ərzində (2020-ci ilin mart ayından 2021-ci ilin aprel ayınadək) əczaçılıq məhsullarına xərclərin pik nöqtəsi dekabrda (104,2 mln. manat), ən aşağı səviyyəsi isə 2020-ci ilin mart ayında qeydə alınıb (53,4 mln. manat).

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR