Azərbaycanda "Böyük dördlük" tərəfindən aprılan auditlərin dəyəri 18% artıb

Azərbaycanda "Böyük dördlük" tərəfindən aprılan auditlərin dəyəri 18% artıb
# 12 may 2020 13:49 (UTC +04:00)

“Böyük dördlük” (“PriceWaterhouseCoopers”, “Deloitte”, “Ernst & Young” və KPMG) üzrə yerinə yetirilmiş audit müqavilələrin sayı 563-dən 677-yə qədər, yəni 114 ədəd və ya 20,25%, məbləği 35,2 mln. manatdan 41,4 mln. manata qədər, yəni 6,2 mln. manat və ya 17,6% artıb.

APA-Economics” bu barədə Auditorlar Palatasının 2019-cu il üzrə hesabatına istinadən xəbər verir.

Məlumata əsasən, orta məbləğ isə 62,6 min manatdan 61,2 min manata qədər, yəni 1,4 min manat və ya 2,23% azalıb.

Qeyd edək ki, 2019-cu il üzrə 57 sərbəst auditor və 123 auditor təşkilatı tərəfindən Auditorlar Palatasına öz fəaliyyətlərinə dair hesabatlar təqdim edilib. Təqdim edilmiş hesabatlara əsasən müəyyən edilib ki, hesabat dövründə təsərrüfat subyektləri ilə 73,1 mln. manat məbləğində 6451 müqavilə bağlanıb. Bağlanmış müqavilələrdə böyük dördlük üzrə xüsusi çəkisi sayına görə 11,92% və məbləğinə görə 64,03%, xarici hüquqi şəxslərin ticarət nişanından istifadə edən auditor təşkilatları üzrə sayına görə 8,37% və məbləğinə görə 18,48%, yerli auditor təşkilatları üzrə sayına görə 58,13% və məbləğinə görə 14%, sərbəst auditorlar üzrə sayına görə 21,58% və məbləğinə görə 3,49% təşkil edib.

2018-ci ilin müvafiq dövrü ilə müqayisədə bağlanmış müqavilələrin sayı 4 517-dən 6 451-dək, yəni 1 934 ədəd və ya 42,82% artıb, məbləği isə 74,6 mln. manatdan 73,1 mln. manata qədər, yəni 1,5 mln. manat və ya 2,0 % azalıb.

Xarici hüquqi şəxslərin ticarət nişanından istifadə edən auditor təşkilatları üzrə müqavilələrin sayı 505-dən 540-dək, yəni 35 ədəd və ya 6,93% artıb, məbləği 24,8 mln. manatdan 13,5 mln. manata qədər, yəni 11,3 mln. manat və ya 45,6% azalıb.

Yerli auditor təşkilatları üzrə müqavilələrin sayı 1 844-dən 3 750-dək, yəni 1 906 ədəd və ya 103,36%, məbləği isə 5,3 mln. manatdan 10,2 mln. manata qədər, yəni 4,9 mln. manat və ya 92,45% artıb.

Sərbəst auditorlar üzrə müqavilələrin sayı 1 502-dən 1 392-dək, yəni 110 ədəd və ya 7,32%, məbləği isə 3,3 mln. manatdan 2,6 mln. manata qədər, yəni 0,7 mln. manat və ya 21,21% azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR