Azərbaycanda ticarət və xidmət sektorunun kreditləşməsi 8% artıb

Azərbaycanda ticarət və xidmət sektorunun kreditləşməsi 8% artıb
# 01 may 2020 14:55 (UTC +04:00)

Bu ilin aprel ayının 1-nə Azərbaycanda ticarət və xidmət sektoruna kredit qoyuluşunun həcmi ötən ilin eyni ayı ilə müqayisədə 196,8 mln. manat və ya 8,5% artaraq 2 507,5 mln. manata çatıb.

Azərbaycan Mərkəzi Bankından "APA-Economics"ə verilən məlumata görə, ticarət və xidmət sektoruna kredit qoyuluşu aylıq müqayisədə isə 14,3 mln. manat və ya 0,6% azalıb.

Sözügedən sektorunun kreditləşməsinin real sektora kredit qoyuluşunda xüsusi çəkisi isə 16% təşkil edib ki, bu da aylıq müqayisədə 0,1 faiz bəndi çoxdur, illik müqayisədə isə 1,7 faiz bəndi azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR