Azərbaycandakı bankların iqtisadiyyata tələbi cüzi artıb

#
# 10:41
23 aprel 2021

Bu ilin aprelin 1-nə Azərbaycandakı kommersiya banklarının iqtisadiyyata tələbi 14 973,7 manat təşkil edib ki, bu da aylıq müqayisədə 0,2% artıb.

"APA-Economics"in AMB-yə istinadən verdiyi məlumata görə, bu göstərici ilin əvvəli ilə müqayisədə 0,3% artıb, ötən ilin eyni dövrü ilə müqayisədə isə 2,4% azalıb. Sözügedən göstərici 2020-ci ilin ÜDM-in 20,7%-ni təşkil edir.

Qeyd edək ki, "S&P Global Ratings" agentliyinin son proqnozuna əsasən bu il Azərbaycanda kommersiya banklarının iqtisadiyyata tələbinin ÜDM-ə nisbətinin 21,6%-nə qədər azalacağını, 2022-ci, 2023-cü və 2024-cü illərdə isə müvafiq olaraq 21,3%-ni, 20,7%-ni və 20,7%-ni təşkil edəcəyini proqnozlaşdırır.

Xatırladaq ki, kommersiya banklarının iqtisadiyyata tələbi hesablanmış faizlər və banklararası kreditlər daxil olmaqla, lakin yaradılmış ehtiyatlar çıxılmaqla bankların müəssisələrə və əhaliyə borc verdiyi məbləğdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR