Azərbaycanın Çinə ixracı kəskin artıb

#
# 15:30
23 aprel 2021

Bu ilin yanvar-mart aylarında Azərbaycanla Çin arasında ticarət dövriyyəsinin həcmi 428,269 mln. ABŞ dolları təşkil edib ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 1% çoxdur.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, hesabat dövründə ixracın həcmi 115,784 mln. dollar təşkil edib ki, bu da illik müqayisədə 63,4% çoxdur. İdxal isə 312,485 mln. dollara bərabər olub ki, bu da illik müqayisədə 11,5% azdır.

Nəticədə, cari ilin ilk rübündə 196,701 mln. dollarlıq mənfi ticarət saldosu yaranıb ki, bu göstərici illik müqayisədə 30,3% azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR