Azərbaycanın qeyri-neft ixracı 5% artıb

Azərbaycanın qeyri-neft ixracı 5% artıb
# 02 aprel 2020 11:01 (UTC +04:00)

Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycanın ixracı 3,2 mlrd. ABŞ dolları təşkil edib və 2019-cu ilin müvafiq dövrünə nisbətən 97 mln. dollar və ya 3,1% artıb.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən "APA-Economics"ə verilən məlumata görə, bu müddətdə qeyri-neft sektoru üzrə 296 mln. dollar dəyərində ixrac reallaşdırılıb. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2020-ci ilin yanvar-fevral ayları ərzində qeyri-neft sektoru üzrə ixrac 14,2 mln. dollar və ya 5% artıb.

Bu ilin yanvar-fevral ayları ərzində Rusiyaya 88 mln. dollar, Türkiyəyə 75,3 mln. dollar, Gürcüstana 34,9 mln. dollar, İsveçrəyə 28,8 mln. dollar, Çinə isə 7,6 mln. dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə 2020-ci ilin iki ayında Rusiyaya qeyri-neft ixracı 7,4%, Türkiyəyə 18,5%, İsveçrəyə 40% və Çinə 19,9% artıb.

2020-ci ilin yanvar-fevral ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında isə pambıq mahlıcı (29,2 mln. dollar) birinci, qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda – 27,3 mln. dollar) ikinci və pomidor (24,7 mln. dollar) üçüncü olub.

Ümumiyyətlə, 2020-ci ilin ilk iki ayı ərzində meyvə-tərəvəz ixracı 75,6 mln. dollar, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 29,9 mln. dollar, alüminium və ondan hazırlanan məmulatların ixracı 15,5 mln. dollar, pambıq lifi ixracı 30,4 mln. dollar, kimya sənayesi məhsullarının ixracı 13,9 mln. dollar, elektrik enerjisinin ixracı 17,8 mln. dollar, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 8,3 mln. dollar, pambıq ipliyi ixracı 6,3 mln. dollar, şəkər ixracı 2,1 mln. dollar, alkoqollu və alkoqolsuz içkilərin ixracı 2,9 mln. dollar təşkil edib.

2020-ci ilin fevral ayında isə qeyri-neft sektoru üzrə ixrac 155 mln. dollar təşkil edib. 2019-cu ilin fevral ayı ilə müqayisədə 2020-ci ilin fevral ayında qeyri-neft sektoru üzrə ixrac 11 mln. dollar və ya 8% artıb. Bu ilin fevral ayında qeyri neft-qaz məhsulları ən çox mal Türkiyəyə (42,2 mln. dollar), Rusiyaya (39,8 mln. dollar), Gürcüstana (26,4 mln. dollar), İsveçrəyə (11,8 mln. dollar) və İrana (4,2 mln. dollar) ixrac edilib.

2020-ci ilin fevral ayında qeyri-neft sektoru üzrə ixracda pambıq mahlıcı (19,5 mln. dollar) birinci, hesablayıcı maşınlar və onların blokları üçün hissələr (11,5 mln. dollar ikinci, tomat (11,5 mln. dollar) üçüncü yerdə qərarlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR