Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 39% azalıb

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 39% azalıb
# 20 oktyabr 2020 11:03 (UTC +04:00)

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 2019-cu ilin eyni ayları ilə müqayisədə 27,1% azalaraq 18 403 273,2 min ABŞ dolları təşkil edib.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu ilin ilk doqquz ayında Azərbaycan xarici ölkələrə 10 579 819,85 min. dollar dəyərində məhsullar ixrac edib, idxalın həcmi isə 7 823 453,39 min. dollar olub. Nəticədə, 2 756 366,5 min. dollarlıq müsbət ticarət saldosu yaranıb.

Ötən ilin eyni ayları ilə müqayisədə 2020-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 38,6% azalıb, ixrac və idxal isə müvafiq olaraq 28,3% və 24,6% azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR