BFB-də AMB-nin 100 mln. manatlıq notları yerləşdirilib

BFB-də AMB-nin 100 mln. manatlıq notları yerləşdirilib
# 14 oktyabr 2020 14:54 (UTC +04:00)

Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50100186S dövlət qeydiyyat nömrəli, 100 mln. manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən "APA-Economics"ə verilən məlumata görə, AMB-də istiqrazların yerləşdirilməsi üzrə keçirilən hərrac zamanı 16 investor tərəfindən qiymət intervalı 99,4974 AZN (6,49%) və 99,5351 AZN (6,01%) olan 23 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 582 493 900 manat olub.

AMB-nin qərarına əsasən, notların kəsmə qiyməti 99,5351 AZN (6,01%), orta ölçülmüş qiyməti isə 99,5351 AZN (6,01%) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 100 mln. manat təşkil edib.

Notların ödəmə tarixi 11 noyabr 2020-ci ildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR