BFB-də Maliyyə Nazirliyinin 15 mln. manatlıq istiqrazları yerləşdirilib

BFB-də Maliyyə Nazirliyinin 15 mln. manatlıq istiqrazları yerləşdirilib
# 23 iyun 2020 16:56 (UTC +04:00)

Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin AZ0106011783 ISIN-li, 15 mln. manatlıq, 1 092 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən "APA-Economics"ə verilən məlumata görə, hərrac zamanı 14 investor tərəfindən qiymət intervalı 90,6123 AZN (15%) və 100,5011 AZN (10,8%) olan 25 sifariş təqdim edilib.

Maliyyə Nazirliyinin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 95,159 AZN (12,99%), orta ölçülmüş qiyməti 97,0816 (12,1905%) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 39 375 300 manat yerləşdirilmiş həcmi isə 15 mln. manat təşkil edib.

İstiqrazların ödəmə tarixi 2023-cü il iyunun 20-sidir.

Hərrac iştirakçıları 24 iyun 2020-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR