Bakının mənzil bazarında apreldə qiymətlər artıb

Bakının mənzil bazarında apreldə qiymətlər artıb
# 15 may 2020 12:45 (UTC +04:00)

Bu ilin aprel ayı ərzində Bakı şəhəri üzrə daşınmaz əmlak bazarında qiymət artımı müşahidə olunub.

"MBA Group" konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov "APA-Economics"ə bildirib ki, aprel ayında daşınmaz əmlak bazarında orta aylıq qiymət əvvəlki aya nisbətən 2,31%, illik isə 6,11% artıb.

"Aprel ayında təkrar mənzil bazarında 1 kv. metrin orta satış qiyməti 1695 manat təşkil dib. Bu da aylıq müqayisədə 2,05%, illik isə 1,13% artım deməkdir. İlkin mənzil bazarında bir kv. metrin orta satış qiyməti 1329 manat təşkil edib. Beləliklə də aylıq müqayisədə 2,76%, illik isə 8,58% artım qeydə alınıb", - deyə N. İbrahimov bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR