Banklar bugünkü valyuta hərracında 53,8 mln. dollar cəlb edib

#
# 12:37
11 avqust 2020

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

AMB-dən "APA-Economics"ə verilən məlumata görə, hərracda tələb 53,8 mln. ABŞ dolları olub və tam təmin edilib. Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (6 avqust 2020-ci il tarixində keçirilib – red.) müqayisədə 9,0% və ya 5,3 mln. dollar azalıb.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

 

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR